Ermənistanda baş verənlər sadəcə ayıbdır və dövlət səviyyəsində cinayətdir

Nikol Paşinyanın və bütövlükdə hazırki Ermənistan hakimiyyətinin iç üzünü heç kim ermənilərin özlərindən daha yaxşı aça bilməz. Bu fikrimizi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, bu yaxınlarda yaradılmış “Vətən” partiyasının sədri Artur Vanetsyanın öz İnstaqram səhifəsində yazdığı sərt sözlər də əyani şəkildə təsdiqləyir.

Vanetsyan yazır:
“Koronavirus bir çox ölkəyə ziyan vurdu, amma Ermənistanda baş verənlər sadəcə ayıbdır və dövlət səviyyəsində cinayətdir. “Ruha” sahib olmaq, asayiş keşikçilərinin arxasına gizlənmək, insanlar üçün problem yaratmaq və bütün müttəfiqlər və qonşularla münasibətləri korlamaq hakimiyyət demək deyil. Hakimiyyət, xalqı qorumaq və həyatını təmin edəcək bir ruhla qərar vermək deməkdir. Çoxsaylı bağışlanılmaz səhv qərarlar çox sayda insanın ölümünə səbəb olmuşdur. Vətəndaşını xəstə olmaqda, sağalmamaqda ittiham etmək, bir vətəndaşı öldüyünə görə ittiham etməklə eynidir. Bu dövlət səviyyəsindəki simasızlıq və cinayətdir”.

Gördüyünüz kimi bu sözləri hər hansı bir azərbaycanlı ekspert və ya Azərbaycanın XİN rəsmisi yox, lap bu yaxınlara kimi Paşinyanın komandasının əsas fiqurlarından biri olmuş kifayət qədər nüfuzlu bir erməni siyasətçisi deyir. Artur Vanetsyan ondan-bundan eşitdikləri əsasında yox, öz gözləri ilə gördüklərini danışır. Çünki hakimiyyətin içində olub və mövcud Ermənistan reallıqlarını hamıdan yaxşı bilir. Təhlükəsizlik xidmətinin şefi olmuş bir şəxsin Ermənistanda baş verən rüsvayçılıqlardan hamıdan daha çox məlumatlı olması təbiidir. Odur ki, Vanetsyanın bu açıqlamasını Ermənistan hakimiyyətinin üzünə vurulmuş şillə kimi də dəyərləndirmək olar.

Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Share: