Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinə qoşula bilməyəcək.
Müstəqil.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə nazirliyindən məlumat verilib. Buna səbəb kimi isə dağlıq Qarabağda hərbi əməliyyatların başlaması göstərilib.
Azərbaycan Ordusu tərəfindən misilsiz zərbələrə məruz qalan Ermənistan artıq təlimlərə belə göndərməyə hərbçi tapmır. Minlərlə canlı qüvvə itkisi verən düşmən cəbhəyə belə artıq mülki şəxslər, əlillər, yaşlılar və qadınları cəlb etməyə başlayıb.
Xatırladaq ki, adıçəkilən təlim 12-16 oktyabr tarixlərində Belarusda keçirilməlidir. BAKU.WS