Ermənistanda icma rəhbəri saxlanıldı

Ermənistanda icma rəhbəri saxlanıldı

Ermənistanın Berd icmasının rəhbəri vəzifəsini icra edən Samvel Ovsepyan saxlanılıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat verib. O bildirib ki, Ovsepyan İcevan polis bölməsinə aparılıb. 

“Mənə dedilər ki, onu əvvəlcə Berd polis bölməsinə aparıblar, iki saat sonra isə İcevana aparıblar. Başqa təfərrüatları bilmirəm”, – Rita Ovsepyan deyib.

Polisin mətbuat xidmətindən bildiriblər ki, Ovsepyan dindirilməyə çağırılıb. O, sentyabrın 25-də keçirilən yerli seçkilər zamanı seçki prosesinə müdaxilə ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.

 


Share: