Ermənistanın Gümrü şəhərində həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb.
“Report”un məlumatına görə, bu barədə Ermənistan İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 1985-ci il təvəllüdlü rusiyalı qadını qətlə yetirməkdə şübhəli bilinən şəxsin 2002-ci il təvəllüdlü Rusiya vətəndaşı olduğu müəyyən edilib.
Həmin şəxsin saxlanıldığı və cinayətin işinin açıldığı qeyd olunub.