Ermənistanın “Şirak” hava limanına və Gümrü dəmiryolu vağzalına bomba qoyulması barədə xəbər yayılıb.
Bununla bağlı respublikanın Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.
Bundan sonra sərnişinlər, işçilər hava limanından, həmçinin dəmiryol vağzalından təxliyə ediliblər, ərazilərə istehkamçılar və kinoloqlar cəlb olunublar.
O da qeyd olunur ki, bu gün və sabah Şirak hava limanında uçuş və eniş nəzərdə tutulmayıb.
Xatırladaq ki, dünən də İrəvanın “Zvartnots” hava limanına və Ermənistan payxatındakı metro stansiyalarına bomba qoyulması barədə məlumatlar yayılmışdı.
Mənbə: News.am