Ermənistandan gələn 200-ə yaxın yük maşını Rusiya-Gürcüstan sərhədində qalıb

Ermənistandan gələn 200-ə yaxın yük maşını Rusiya-Gürcüstan sərhədində qalıb

Rusiya və Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsində Ermənistandan gələn 200-ə yaxın yük maşını ilişib qalıb.

Bu barədə dekabrın 23-də Rusiya – Ermənistan ikitərəfli iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib.

Baş nazirin müavini qeyd edib ki, Ermənistan üçün nəqliyyat və logistika zəncirlərinin etibarlı fəaliyyəti, ilk növbədə, ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm amildir.

Xatırladaq ki, Yuxarı Lars keçid məntəqəsi Ermənistan və Rusiya arasında yüklərin tranziti üçün yeganə fəaliyyət göstərən quru marşrutunun bir hissəsi olan Gürcüstan Hərbi Magistralı üzərində yerləşir. Çətin iqlim şəraiti ilə əlaqədar olaraq yolda nəqliyyatın hərəkəti mütəmadi olaraq bağlanır.

Mənbə: rossaprimavera.ru

Share: