Ermənistandan Qarabağa tibbi helikopterin daxil olması təmin edilib

Ermənistandan Qarabağa tibbi helikopterin daxil olması təmin edilib

“Biz yerdəki humanitar ehtiyacların qarşılanması üçün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), eləcə də Qarabağın erməni sakinlərinin nümayəndələri ilə müntəzəm əlaqədəyik”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabındakı paylaşımında qeyd edib.

Onun sözlərinə görə, tibbi yardıma və qayğıya ehtiyacı olan insanların aparılması, eləcə də yerlərdə yardımın göstərilməsi üçün Ermənistandan içərisində tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib.

H.Hacıyev, həmçinin qeyd edib ki, dünəndən etibarən, Ağdam, Sabirabad və Saatlı rayonlarındakı xəstəxanalar Xankəndidən xeyli sayda xəstənin qəbul edilməsi üçün hazırlanıb və bu xəstəxanalar əlavə tibbi heyətlə gücləndirilib.


Share: