“Ermənistandan Suriyadakı terrorçulara silahlar ötürülüb”

“Ermənistandan Suriyadakı terrorçulara silahlar ötürülüb”

Rusiyalı hərbi ekspert Aleksey Leonkov Vladimir Solovyovun verilişində Ermənistanın Qarabağdakı məğlubiyyətindən danışıb. Leonkov baş vermiş hadisələrə görə, Ermənistan rəhbərliyini günahkar hesab edir.

“Sözdə hər şey gözəl səslənirdi – silaha sarılmaq, Dağlıq Qarabağı müdafiə çağırışı və s. Amma könüllülər hərbi komissarlıqlara gələndə onlara gözləmələrini söylədilər. Qoşunların şimaldakı müdafiə xətti azərbaycanlıların hücumlarına müqavimət göstərirdi. Şimaldan qoşunları geri çəkmirdilər. Çünki oradan bir təhlükənin gözləndiyini söyləyirdilər. Həmin vaxtda ikinci qrup Şuşaya girdi və şəhəri nəzarətə aldı. Məlum oldu ki, cənub cəbhəsi artıq əldən gedib. Şuşanın özü də əslində müdafiəyə hazır deyildi. Başqa sözlə, Paşinyan söz vermişdi ki, Qarabağı müdafiə edəcək və ermənilər yardım gəlsəydi, müqavimət göstərəcəkdilər. Ancaq burada maraqlı faktlar da ortaya çıxıb. “Telegram” kanallarında yayımlanan məlumatlara əsasən, 2018-ci ildən bəri Ermənistan kifayət qədər silah və sursat alıb”, – deyə rusiyalı hərbi ekspert vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın aldığı silahların bir çox Suriyadakı terrorçu qruplara daşınıb: “Silahlar Suriya ərazisindəki terrorçulara İrəvandan ötürülüb. Burada diqqət etməli bəzi məqamlar var. Onlar Suriyada pul qazandılar, ancaq sursatın lazım olduğu Dağlıq Qarabağda müharibə vaxtı heç bir şey alınmadı”.

Müstəqil.Az

Share: