Ermənistanı darmadağın edən PUA-ların İKİ BÖYÜK SİRRİ

Ermənistanı darmadağın edən PUA-ların İKİ BÖYÜK SİRRİ

Dağlıq Qarabağdakı əks-hücum əməliyyatlarında Azərbaycan Silahlı Qüvvələrinin gücünə-güc qatan Türkiyə istehsalı “Bayraktar TB-2” Silahlı Pilotsuz Uçuş Aparatlarının 2 böyük sirri açıqlanıb.

Publika.az xəbər verir ki, Müdafiə Siyasəti üzrə analitik Turan Oğuz PUA-ların Rusiyanın hava hücumundan müdafiə sistemlərinin həm izləyə bilməyəcəyi asta formada uçuş həyata keçirdiyini, həm də MAM-L sursatlarını çata bilməyəcəkləri mənzildən atdığını deyib.

Analitik bildirib ki, S-300 sistemlərinin nəzarət etdiyi hava məkanında “Bayraktar”ların rahatlıqla uça bilməsinə səbəb çox yaxşı taktiki hərəkat planlaşdırılması dayanır: “Brayraktar və MAM-L cütlüyü Rusiyanın müdafiə sistemlərindən daha yaxşı performans sərgilədiyi üçün məhv edilə bilmir. 13 ədədi məhv edilən “9K33 OSA” hava hücumundan müdafiə sistemi 360 km/saat sürətdən aşağı hava vasitələrini 6,4-5 km aralarında təsbit edə bilir. “Bayraktar TB-2” isə 130 km-dən daha yavaş uça bilir. 5,5 km-dən yuxarı hündürlükdən sursat buraxa bilir. MAM-L-in mənzili isə 8-14 km-dir”.

T.Oğuz vurğulayıb ki, S-300 sistemləri 180 km sürətdən aşağı aparılan uçuşları daxili çatışmazlıq kimi “başa düşür” və təqib edə bilmir. Buna görə də “Bayraktar TB-2” rahatlıqla hərəkət edir. Bütün bunların hamısı detallı şəkildə işlənib. Elektron hərbə isə ehtiyac qalmayıb.

Qeyd edək ki, PUA-lar Dağlıq Qarabağda Ermənistanın 1,5 milyardlıq sursatını məhv edib. Buraya 40-dan çox Rusiya istehsalı hava hücumundan müdafiə sistemləri də daxildir.

 

Müstəqil.Az

Share: