Azərbaycanla münaqişə zamanı Ermənistanın Hava Hücumundan Müdafiə (HHM) sisteminin kifayət qədər böyük itkiləri həm erməni HHM qruplaşmasının hesablamalarının olmaması, həm də Türkiyə hərbi texnikasının xarakteristikalarının, onun tətbiq edilməsinin müasir taktikası ilə bağlıdır.
Müstəqil.az bildirir ki, bunu Rusiyanın “Moskovskiy Komsomolets” nəşri üçün verdiyi şərhdə rusiyalı hərbi ekspert Aleksandr Mixaylovski deyib.
A.Mixaylovski Bakının istifadə etdiyi hərbi hiyləgərliyi xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan EA-2 köhnə sovet təyyarələrini (məşhur “kukuruznik”lər) pilotsuz təyyarələr formatına salıb. Ermənistanın HHM sistemi rəqibin Hava Hücumu Qüvvələrinə (HHQ) qarşı mübarizədə tez-tez əldə etdiyi uğurlardan danışır, həmin təyyarələri asanlıqla məhv etdiyi barədə raportlar verirdi. Sonra məlum oldu ki, “kukuriznik” lər qoşunların təmas xətti boyunca uçaraq, Ermənistan HHM-nin diqqətini özünə cəlb edib və düşmən texnikasının dislokasiyası barədə dəqiq məlumat verib. “Daha sonra yerli (Ermənistan) HHM sisteminin “Osa” və “Strela” tipli bütün zenit raket kompleksləri məhv edilib”, – deyə rusiyalı ekspert bildirib.
A.Mixaylovski Azərbaycan pilotsuz təyyarələrinin Ermənistan HHM sistemi üçün necə “gözəgörünməz” qalması ilə bağlı suala belə cavab verib: “Birincisi, Ermənistan HHM kompleksinin məhz zərbə dronları ilə məhv edilməsi heç də fakt deyil. Bu, İsrail dronları ola bilər-“Kamikadze Naqor”. Onlar radarın siqnalına üstünlük verirlər. Bu, daha çox erməni HHM-nin hesablamasının səhlənkarlığını və rəqibini lazımınca qiymətləndirməməsini göstərir.
Sovet ordusunda mövcud olan normativlərə görə, hədəfin aşkar edilməsi və raketlərin buraxılması üçün 1-2 dəqiqə, işə salınma rayonunu tərk etmək üçün isə maksimum on dəqiqə vaxt verilməli idi. Bəs onlar niyə özlərini nişan verir və yerlərində qalırdılar? Görünür, rəqibdən bu cür hərəkətləri gözləmirdilər.
Bundan başqa, əgər pilotsuz-kəşfiyyatçı hədəfə lazer şüası ilə işarə verərsə, hücum dronu, qurğunun yerləşdiyi yerdən bir neçə kilometr məsafədən lazerlə ağıllı idarə olunan raketlərdən atəş aça bilər”.
A.Mixaylovski Ermənistan Hava Hücumundan Müdafiə Qüvvələrinin C-300 kompleksinin məhv edilməsini Azərbaycanın pilotsuz aviasiyasının böyük qələbəsi adlandırıb. O vurğulayıb ki, aşağıdan uçan pilotsuz aparatlar daxili yanma mühərrikli hədəflərin-təyyarə, vertolyot, böyük dron – aşkar edilməsi üçün nəzərdə tutulan C-300-ün hədəfi ola bilməz: “Aşağıdan uçan pilotsuz-kamikaze onların hədəfi deyil. Buna görə əvvəllər məhv edilmiş, yaxında fəaliyyət göstərən HHM-lər cavab verməli idi. Bu cür vəzifələri “Osa”, “Strela, “Pantsir-S” həll edə bilərlər”. / Virtualaz.org