Ermənistanın keçmiş baş naziri hökuməti istefaya çağırdı

Ermənistanın keçmiş baş naziri hökuməti istefaya çağırdı

Ermənistanın sabiq baş naziri, İrəvanın keçmiş meri Karen Karapetyan Nikol Paşinyan hökumətini istefaya çağırıb.

“Sputnik Ermənistan” xəbər verir ki, o açıqlamasında Ermənistan rəhbərliyinin dərin mənəvi, psixoloji, siyasi, iqtisadi, sosial böhran içində olduğunu bildirib.

“İnanıram ki, hakimiyyəti nəticəsində bu böhranı yaradan hökumət ölkənin inkişaf imkanlarını və daha da iqtidarda qalacağı təqdirdə millətin potensialından istifadə etmə imkanlarını məhdudlaşdıracaq”,- deyə Karapetyan qeyd edib.

Onun sözlərinə görə, bir tərəfdən Azərbaycanın uğurlarını möhkəmləndirməyə yönəlmiş ardıcıl siyasət, digər tərəfdən Ermənistanı gözləyən çətinliklər nəzərə alındıqda, bu böhran hər yeni gün ölkəyə və xalqa ziyan vurmağa davam edəcək.

“Bu taleyüklü məqam səlahiyyətlilər üçün ən vacib sınaqdır. Onlar dar siyasi maraqlardan yuxarıda durmağa, yüksək dərəcədə şüur ​​nümayiş etdirməyə, ölkənin sakitləşməsinə imkan verməyə və siyasi qüvvələrin keçdikləri yolu yenidən düşünüb gələcəyə baxışlarını formalaşdırmasına imkan verməyə hazır olduqlarını göstərməlidirlər”,- deyə Karapetyan əlavə edib.

Müstəqil.Az 

Share: