Ermənistanın keçmiş Baş naziri Qrant Baqratyana qarşı cinayət işi başlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baqratyan sosial şəbəkədə yazıb:
“Ermənistan hakimiyyəti mənə qarşı cinayət işi açıb. İlk məhkəmə iclası noyabrın 10-da olacaq”.
Qeyd edək ki, keçmiş hökumət başçısı əvvəlki postunda, xüsusən də parlamentdəki “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Koncoryanı, Baş Nazir Administrasiyasının rəhbəri Arayik Arutyunyanı və İctimai Televiziya Şirkətinin icraçı direktoru Ovannes Movsisyanı kəskin tənqid edib.
Qeyd edək ki, Qrant Baqratyan 1993-1996-cı illərdə Ermənistanın Baş naziri olub.