“Ermənistanın ordusu qalmayıb, tamamilə məhv edilib”

“Ermənistanın ordusu qalmayıb, tamamilə məhv edilib”

“Ermənistandakı bugünkü vəziyyətə baxsaq, bunun Ermənistanın müstəqil dövlətə çevrildiyi dövrdən daha pis olduğunu görə bilərik. Ermənistanın ordusu qalmayıb, o, tamamilə məhv edilib”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri” adlı videoformatda keçirilən müzakirələr zamanı çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Ermənistanda davamlı siyasi böhran hökm sürür, cəmiyyətdəki yüksək inamsızlıq səviyyəsi, qarşılıqlı ittihamlar, bəzi erməni siyasətçilərinin ritorikası qəbul edilən bütün çərçivələri aşır.

“Onlar vaxt itirdilər, enerji layihələri və nəqliyyatın inkişafı çərçivəsində Azərbaycanın təşəbbüsləri xaricində qaldılar, işğal etdikləri və heç tarixən də və ya beynəlxalq hüquqa görə onlara aid olmayan əraziləri itirdilər”, – Azərbaycan Prezidenti deyib.

 

Müstəqil.Az

Share: