Ermənistanın üzvlüyünün dayandırılması ilə bağlı rəsmi açıqlama daxil olmayıb

Ermənistanın üzvlüyünün dayandırılması ilə bağlı rəsmi açıqlama daxil olmayıb

Ermənistanın üzvlüyünün dayandırılması ilə bağlı rəsmi açıqlama daxil olmayıb

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün dayandırılması ilə bağlı rəsmi müraciət etməyib.

xəbər verir ki, bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov TASS-a müsahibəsində bildirib.

“İrəvan həqiqətən də bu yaxınlarda KTMT katibliyinin işində iştirak etməyib. Bu, Ermənistanın hazırkı mərhələdəki qərarıdır və biz beynəlxalq təşkilat olaraq suveren dövlətin istənilən qərarına hörmətlə yanaşırıq. Bununla belə, təşkilat fəaliyyətini tam şəkildə davam etdirir, bütün prosedurlar həyata keçirilir”, – deyə təşkilatın baş katibi bildirib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində İrəvanın KTMT-də iştirakını dayandırdığını bildirib.

Share: