Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan iyulun 7-də ilk dəfə Moskvaya səfər edəcək.
Müstəqil.az xəbər verir ki, bu barədə Rusiya XİN-in informasiya departamentinin direktor müavini Artyom Kojin deyib.
Onun sözlərinə görə, Mnasakanyan Moskvada Rusiya xarici işlər naziri Serqey Lavrovla görüşəcək.
“Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və ikitərəfli münasibətlər müzakirə olunacaq”, – deyə o bildirib.