Videoda görünənlər eyni adamlardır – 27-28 yaşlı azərbaycanlı meyvə-tərəvəz satıcısı və 35-38 yaşlı idmançı cüssəli, slavyan görünüşlü şəxs.
Müstəqil.Az Musavat.com-a istinadən xəbər verir ki, videonun birinci hissəsində rusun necə aqressiv olduğu və idmançı cüssəsindən istifadə edərək həmvətənimizi fiziki təzyiqə məruz qoyduğu, təhqir etdiyi görünür. Hətta axırda hündürdən və qəzəbli səslə soruşur: “Ponyal?” (“Başa düşdün?”).
Onun bu cür aqressivliyinin səbəbi isə erməni təəssübkeşliyidir. Azərbaycanlı satıcı “erməniyə mal satmıram” deyə, elan yapışdırıb. Bu da videoda görünən rusun xoşuna gəlməyib və…
İkinci hissədə isə onun gəlib döydüyü azərbaycanlıdan üzr istədiyi, baş verənlərin anlaşılmazlıq olduğunu dediyi görünür. Bu, o deməkdir ki, artıq onun özünü “başa salıblar”.
Onun başa salındığına dəlalət edən fakt odur ki, idmançı rus həmvətənimizlə söhbət edərkən videokameraya yaxşı düşsün deyə, yanpörtü durur.
Əlbəttə, videonun birinci hissəsi – ermənilərə sərf edən həmin videogörüntü təşkil olunmuş aktın lentə alınmasından ibarət idi. İkinci hissə də təsadüfi çəkiliş deyil. Bunu da bizimkilər təşkil ediblər.
Belə olmalıdır – sadə və sakit zəhmətkeşi təhqir edənlər sonda üzr istəməlidirlər. Onları başa salmaq lazımdır.
Heç nə özbaşına olmur. Demək, kadr arxasında da güclü olmaq lazımdır ki, üstümüzə aqressiya püskürən bir gün gəlib belə üzr istəsin.
Müstəqil.Az