Əsir ruhun çənəsi – Yayda da bir qış varmış!.. -Əbülfət Mədətoğlunun yeni şeirləri

Əsir ruhun çənəsi – Yayda da bir qış varmış!.. -Əbülfət Mədətoğlunun yeni şeirləri

İlıq bir şeir

Sənə güvənib gəldim
Mən bu yolu sonacan.. .
Çaşanda toparlandım –
Saya, saya onacan!..
.
Göz önündə mən yetim
Qoy bir etiraf edim…
Sənə VARLIĞIM!- dedim…
Amma canım, ona “can!”.
.
Gün keçmədi ha yatdı,
Haray etdi, hay atdı…
Butası da həyatdı –
Geydiyin hər dona can!
.
Varmı eşqdə zəkisi –
Bu , Əbülfət təkisi?
Həsrətinin çəkisi
Çatıb neçə tonacan?!.
GÜZGÜDƏKİ ÖZÜM
Sükutun qollarının –
Susuram , arasında …
Bu ömür yollarının
Sonuncu parasında –
təkəm…
.
Var olmağım xatamı?-
Göynəyir hər an ürək…
Mən dünənin adamı
Yükümü özüm gərək –
çəkəm!..
.
Əsir ruhun çənəsi –
Yayda da bir qış varmış!..
Bilən bilir, sinəsi
Hər üzünə xışlanmış –
ləkəm…
.
Ümidlə bitsin sonu
Dilinə bal qatasan …
Qaldırıb telefonu
İlıq bir səs atasan –
bəlkəm!..
****
Adamın
Ürəyi
Partlamaq
həddinə çatanda
Gözünə görünmür
Allahdan
və Allah qədər
Sevdiyindən başqa
Heç kim!
Bax onda ,
Yəni ürək
Partlamağa
köklənmiş, ya da
üfürülmüş şar
Olduğu anda …
Son seçim
Etməyə
nə istək qalır,
Nə də gücün!
Hə, bir də
Gerçəyin
gözünə baxanda
Üzünü
Qarsıyır bir nəfəs…
İzinsiz pıçıldayırsan –
İcazə ver
Kölgənin altından keçim!..

Olmadı…

Mən niyə çəkdim bu ahı ?-
Bilən olmadı ki, bilən…
Nəydi ürəyin günahı ? –
Bilən olmadı ki, bilən…
.
İçimdə sevgi Allahı
Yatmadım -açdım sabahı!..
Gözümdən “gah da”nı, “gah”-ı
Silən olmadı ki, silən…
.
Göz vurar xətər, dəliyə
Bir söz də yetər dəliyə!..
Dəlidən betər dəliyə –
Gülən olmadı ki, gülən…
.
Bəsdi, havalı çığırma
Küsmüş, Allahı çağırma!..
Hayına nimdaş cığırla –
Gələn olmadı ki,.. gələn.!.
DÜŞDÜ
Sevindirdin ruhumu
Üzümə işıq düşdü..
Yəqin, bu gün gələrsən –
Əlimdən qaşıq düşdü!
.
Gözümü yola hördüm
Havalı gəzib döndüm …
Sahibsiz mizrab gördüm –
Yadıma aşıq düşdü!
.
Qaldı dildə sualım
Diqqət çəkdi bu halım….
Qadan , ya busən alım ? –
Yenə … qarışıq düşdü!..
Share: