Eskişəhir Azərbaycanlıların Dərnəyi

Eskişəhir Azərbaycanlıların Dərnəyi

Eskişəhir Azərbaycanlılar Dərnəyinin 8-ci Qurultayı keçirildi.

 

Qurultay Diaspora İş Üzrə Dövlət Komitəsinin sədri Cənab Fuad Muradov’un təbrik yazısıyla başladı. Cənab Sədrin təbrik yazısında “Eskişəhir Azərbaycanlılar Dərnəyinin diaspor fəaliyyətini yüksək qiymətləndirdiyini və bundan sonraki illərdə də fəaliyyətlərində uğurlar arzuladıqlarını dilə gətirdi”. Daha sonra Türkiyə Azərbaycan Dərnəkləri Fedarasiyası Sədri Ədalət Turan’ın təbrik vidosu göstərildi.


Qurultay şurası öz işinə başladı. Dərnək sədr müavini Sirac Yaguboğlu 2023-2024 fəaliyyət raportlarını, İdarə Heyətinin üzvü Doç. Dr. Ferzanə Devletabadi isə 2023-2024 hesap raporlarını oxudu. Raporların qurultay üzvləri tərəfindən təsdiqlənməsi sonra Dərnəyin yeni idarə heyəti və təftiş heyəti üzvləri seçildi. Uzm. Ecz. Cavid Aydın Eskişəhir Azərbaycanlılar Dərnəyinə təkrar sədr seçildi. Qurultay iştirakçılarının fikir və görüşlərinə yer verildikdən sonra Dərnək sədri Cavid Aydın hərkəsə vermiş olduqları dəstək və çalışmalarından ötrü iştirak etdi. Alınan qərarla dərnəyin Qadınlar bölməsinin bağlanıldığı və artıq Fidan Huseynova’nın Qadınlar bölməsi sədirliyindən uzaqlaşdırıldığı açıqlandı.

Müstəqil.Az

Share: