Esmira Günəş : Müasirlik adı altında əxlaqdan kənar yazılan hər hansı bir əsərin əlehinəyəm

Müstəqil.Az gənc şair Esmira günəşlə müsahibəni təqdim edir

-Esmira xanım, açıq deyəcəm sizi yeni imza kimi tanıdım və maraqlı gəldiz. Çoxdandır bədii yaradıcılıqla məşğulsuz?

– İlk şeirimi 10 yaşında olarkən yazmışdım. 2000 – ci ildə. Artıq 20 ildir. O zaman orta məktəbdə oxuyurdum və yazdığım şeir xatirə dəftərlərinin bəzəyinə çevrilmişdi.

Şair kimi ləqəbiniz də iddialıdır –  Günəş. Niyə Günəş?

-Əslində Günəş təxəllüsünü götürərkən bir arzum vardı. Əgər bir gün kitablarımı görmədən dünyadan köçsəm,  şeirlərim insanların qəlbini Günəş kimi isitsin. Günəşin sevgisi kimi hər kəsin qəlbinə yol tapsın. Zamanla bu təxəllüsün daha dərin mənalarını anladım. Günəş kainatın təməlidir. Günəş istilik mənbəyidir. Var oluşdur. Günəş həyatın bir parçasıdır.

Bədii yaradıcılıqdan əlavə olaraq nə işlə məşğulsuz?

– Hal-hazırda sırf yaradıcılıqla məşğulam. Lakin əvvəllər müəllimə, qəzetdə baş redaktorun müavini, saytda bölgə müxbiri, bir cəmiyyətdə, – adını qeyd etmək istəmirəm – təşkilati işlər üzrə direktor və s. Kimi fəaliyyətlərim olub.

Bədii yaradıcılıqla indi bala qarnı doyurmaq olmur, şair kimi dolanışıq, şərait necədir?

– Özünüz qeyd etdiniz ki “bədii yaradıcılıqla bala qarnı doyurmaq olmur” əgər şair kimi dolanışıq mümkün olsaydı 12 ildir ki, kirayələrdə qalmazdıq.

Yəni doğrudanmı şair həmişə məhrumiyyət içində olmalıdır?

–  Məncə şairlərin qəlbi zəngin olduqları üçün kasıb həyat yaşayırlar. Maddiyyatdan daha çox qələmi sevənlərik biz.

Yaımlamalarınızı görürəm, stauslarınız da tənqidi məqamlar çox olur.

– Bəzən tənqidə məcbur qalır insan. Məndə isə daha çox şikayət xarakterlidir. Ədalətsizliyi qəbul edə bilmirəm sadəcə.

Elə şeirlərinizdə də bunlar var. Amma deyin yaradıcılığınızın əsas qayəsini nə təşkil edir?

– Hər mövzuda şeirim var. Amma mənə elə gəlir daha çox sevgi şeirlərim üstünlük təşkil edir.

Ümumiyyətlə bu günü ədəbiyyatı nə düşünürsüz? Həyatımızı tərənnüm edə bilirmi?

– Əslində müasirlik adı altında əxlaqdan kənar yazılan hər hansı bir əsərin əlehinəyəm. Bu günkü həyatımızı elə sadə dillə etik normaları pozmadan da tərənnüm etmək mümkündür məncə.

Ətrafda baş verən hərc-mərclik, itaətsizlik və inamsızlıq bədii yaradıcılıqda öz əksini tapa bilirmi?

– Mənim yazılarımda tapır.

Sarayda kirayə yaşayırsız. Bu qədər istedalı bir xanım əfəndinin saraylarda yaşaması daha yaxşı olmazdımı?

– Təsəvvür edin də sual verirlər: Harda yaşayırsız?

Cavab: Sarayda.

İlk ağla gələn” bəxtəvər saraylarda yaşayır ki”, olur.

Daha heç kəs düşünmür ki, Saray qəsəbəsində qəbrsanlığın yanında özüdə körpə uşaqla qalırıq. Büdcəmiz şəhər kənarında şəraitsiz kirayəni qarşılamağa ancan yetir. Saraylarda yaşamasam da təbii ki mən də istərdim 1 otaq belə olsa öz evim olsun. Ən azı hər gün kirayədən çıxarıla bilmə qorxusuyla yaşamazdım.

Sovetlərin dönəmində sözün və yazarın qyməti və dəyəri vardı, amma indi bunları görmək olmur, baxmayaraq ki, ölkə başçısı jurnalistlər üçün 3 cü binanı tikdirib başa çatdırır, yazıçıkar üçün ev tikmək üçün yer ayırıb…

– O dövrün şairlərinə olan  diqqətini çox eşitmişəm. Amma çox təəssüf ki, bizim dövrdə hələki AYB-dən dəyər görməmişəm mən. Dəfələrlə müraciət etsəm də Anar müəllim qəbul etməyib. Qurultay bəhanəsi ilə sənədlərimi də götürməyiblər heç. Açıq deyim son zamanlar AYB-yə elə insanların üzvlüyünü görürəm ki, böyük qəlb qırıqlığı yaşayıram o birliyə qarşı. Bəlkə də bundan sonra üzv etsələr də utanaram oranın üzvü olduğumu deməyə.

Esmira, siz bilirsiz ki Azərbaycan dənizçilərinin dostu kimi bəzi dostlarımız sizi təqdim edir. Bu dostluqdan narahatçlığınız olmaz ki?

Dənizçilik çətin peşədir. Dənizçilərə də hörmətim var. Çox sağ olsunlar dəyərləri və diqqətləri üçün. Mənə dəyər verən hər kəs mənim üçün də dəyərlidir.

Dənizçinin həyat tərzi də, düşüncəsi də, həyatı və xarakteri də fərqli olur ha… Mobudluq da, həssaslıqda eyni anda bir-birini əvəzləyə bilər.

– İnsanlar dəyər verdiyinə qarşı kobud olmaz. Məncə dənizçilər mənim şeirlərimi bəyənib, qiraətimi sevərək dinləyirlərsə mənə qarşı kobud olmazlar heç vaxt əksinə düşünürəm ki, daha çox mühafizəkar olarlar.

-Mənim şeirimi səsləndirmisiz. Gözəl səsiniz var. Bunu sizə çoxnu deyiblər?
Bəyənib xoş sözlər yazanlar da olub, sən yaz biz səsləndirək deyənlər də. Amma daha çox sevindirici haldır ki, dəyərli şairlərimiz bəyənib hər zaman xoş fikirlər bildiriblər qiraətimlə bağlı. Hətta uzun illərin şairi Nazim Əhmədli sırf bədii qiraətlə məşğul olmağımı istəyərək, qiraətimi bəyəndiyini dəfələrlə dilə gətirib.

-Bir çox mətbuu orqanlarda çap olunmusuz. Bəs hansısa qəzet və ya jurnaldan narazılığınız olubmu?

-Əslində incikliyim olub. Hər kəsin yaxşı tanıdığı “Ulduz” jurnalından. Şeirlərimi təqdim edəndə sağ olsun Qulu müəllim bəyənmişdi. Jurnalın aprel buraxılışında da salmışdılar. Lakin həmin buraxılış karantinlə bağlı çap olunmadı. Bilirsiz necə təsir etdi mənə ?

Təsəvvür edin ki, bir uşağa ən sevdiyi oyuncağı alaraq, göstərib deyirlər:

-Bax bunu sənə almışam.(uşağ sevincdən sanki göyün yeddinci qatına çıxır) Amma sənə vermiyəcəmmmm. (Və təsəvvür edin də göylərdən yerə necə düşdüyünü)

Maraqlı məqam isə odur ki, bir neçə imzalar jurnalda təkrar-təkrar nəşr olunduğu halda mənim şeirlərimi çap olunacaq sayların heç birində vermirlər.

Mənim mütaliə sevgimin nə qədər böyük olduğunu hər kəs bilir. Dərc olunduğum bütün qəzet, jurnalları isə nöqtə, vergülünə qədər oxuyub paylaşaraq təbliğ edirəm. Çox təəssüf edirəm ki, “Ulduz” jurnalı mənim kitab rəfimdə sevimli jurnallarım arasında olmadı.

Müsahibə üçün çox sağ olun, oxucularınıza və oxucunuz olan dənizçilərə sözünüz nə olardı?

Mən təşəkkür edirəm diqqətiniz və dəyəriniz üçün çox sağ olun. Bildiyiniz kimi bu yaxınlarda təsisçisi olduğum “Günəşin Nuru 4” antologiyası artıq nəşrdən gəldi. Karantinlə bağlı təqdimatlarını keçirə bilməsək də karanrtindən sonra yenidən bölgələrdə təqdimatlar təşkil edərək şairlərimizi oxucularla görüşdürəcəm. Həm antologiyalarımızı, həm də şəxsi kitablarımızı əldə etmək imkanları olacaq. Dənizçilərimizə isə uzun ömür, can sağlığı, fırtınasız dəniz, aydın səma arzulayıram.

Sonda bir məlumatı da sizlərlə paylaşmaq istərdim. Bütün əziyyətini təkbaşına çəkdiyim, heç kimsənin dəstəyi olmadan başa gətirdiyim “Unutmadıq şəhidim!” kitabımı da qısa bir müddətdə şəhid ailələrinə təhvil verəcəm və bəzilərinin mənə yaradıcılığımda yaratdıqları problemlərə baxmayaraq bu layihəmi də davam etdirəcəm. Üç günlük dünyada kimin nə qədər ömrü var bilinmir. Amma mən əminəm ki, mənim yoxluğumda arxamca rəhmət oxuyanlar daha çox olacaq. Məhz elə ona görə də bütün həyatımı yaradıcılığıma həsr edirəm.

Söhbətləşdi: Faiq Balabəyli

 

 

 

 

 

 

 

Share: