Estoniya Müdafiə Nazirliyi Rusiya gəmilərini öz ərazi sularından kənarda dayandırıb yoxlaya biləcək qanun layihəsi hazırlamaq niyyətindədir.
-nın xəbərinə görə, bu barədə “İzvestiya” məlumat yayıb.
Müdafiə Nazirliyinin hüquq departamentinin rəhbəri Lauri Kriisin sözlərinə görə, Estoniya sərhədçiləri immiqrasiya, sanitariya, tarixi yerlərin mühafizəsi sahəsində müxtəlif pozuntuların qarşısını ala biləcəklər.
Qurum rəsmisi əlavə edib ki, sərhədçilərin nəinki qayda pozuntusuna yol verən, hətta şübhə doğuran gəmiləri də saxlayıb yoxlamaq hüququ olacaq.
“Əslində biz Rusiya limanlarının işini məhdudlaşdırmaqdan, Rusiyanı Finlandiya körfəzində bağlamaq cəhdindən danışmalıyıq”, – nəşr yazır.