Estoniya öz vətəndaşlarına xəbərdarlıq etdi: “Rusiyaya getməyin”

Estoniya öz vətəndaşlarına xəbərdarlıq etdi: “Rusiyaya getməyin”

Estoniyanın xarici işlər naziri Urmas Reynsalu Estoniya vətəndaşlarına Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.

“Son günlərdə Rusiya Federasiyası tərəfindən aqressiv anti-Estoniya ritorikası xeyli artıb. Bu səbəbdən Estoniya Xarici İşlər Nazirliyi Rusiya ərazisinə hər hansı səfərdən yayınmağa çağırıb. Mən bu xəbərdarlığı bir daha xatırlatmaq istərdim”, – deyə Reynsalu qeyd edib.

“Əgər Rusiyada qısamüddətli səfərdəsinizsə, sizi orada qalmağın zəruriliyi barədə ciddi düşünməyə çağırıram. Rusiya Ukraynaya qarşı müharibə aparan ölkədir və Estoniya vətəndaşlarına qarşı təxribatlar da istisna edilmir”, – deyə o, əlavə edib.

Mənbə: Yevropeyskaya pravda

 

Share: