Ukrayna üçün təhlükəsizliyin yeganə təminatı NATO-ya üzvlükdən əlavə, ona nüvə silahının verilməsidir.
Bunu Estoniyanın xarici işlər naziri Urmas Reynsalu deyib.
“Düzünü desəm, NATO-dan başqa yeganə zəmanət Ukraynanı nüvə silahı ilə təmin etmək olardı”, – o bildirib.
Nazir əlavə edib ki, alyansın nüvə silahının yayılmaması ilə bağlı öhdəlikləri nəzərə alınmaqla, bu tədbir qeyri-mümkün və arzuolunmazdır.
Onun fikrincə, NATO Ukraynanın təşkilata qoşulmaq istəyini nəzərdən qaçırmamalıdır. Eyni zamanda, diplomat qeyd edib ki, Ukrayna NATO-ya üzv olmasa, Qərb ölkələri onu getdikcə daha dağıdıcı silahlarla təmin etməli olacaqlar.
Mənbə: gazeta.ru