Avropanın mövcud iqtisadi vəziyyətini göstərən “Eurokoin” göstəricisi son yeddi ayın ən aşağı səviyyəsinə düşüb.
Bu barədə İqtisadi Siyasət Araşdırmaları Mərkəzi (CEPR) və İtaliya Mərkəzi Bankı hesabat təqdim edib.
Hesabata görə, avqustda “Eurokoin” indikatoru 0,38-dən 0,23-ə enib.
Beləliklə, indeks 2022-ci ilin yanvarında 0,01 səviyyəsindən sonra ən aşağı səviyyəyə enib.
Mənbə: CNNTürk