Evinə gələn şəxsə 2 dəfə atəş açdı

Evinə gələn şəxsə 2 dəfə atəş açdı

Goranboyda silahlı insident baş verib.

“Qafqazinfo” rayon prokurorluğuna istinadən xəbər verir ki, oktyabrın 22-si saat 02 radələrində rayonun Xanqərvənd kənd sakini, 1997-ci il təvəllüdlü Arzu Əliyevin güllələnərək xəsarət alması barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1994-cü il təvəllüdlü Emin Rüstəmovun əvvəl aralarında baş vermiş mübahisəni aydınlaşdırmaq məqsədilə yaşadığı evə gəlmiş Arzu Əliyevə ov tüfəngi ilə 2 dəfə atəş açaraq onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Emin Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.


Share: