“Expressbank”dan neftçilərə ZAMİNSİZ kredit təklifləri

“Expressbank”dan neftçilərə ZAMİNSİZ kredit təklifləri

Hər bir müştərisinə xüsusi qayğı və həssaslıqla yanaşan, xidmət və məhsullarını onların ehtiyaclarına uyğun olaraq təklif edən “Expressbank”, bu dəfə isə zəhmətləri ilə ölkəmizin inkişafına öz töhfəsini verən neftçilər üçün sərfəli nağd pul kreditləri təklif edir. Neftçilər Gününə özəl olaraq həyata keçirilən kampaniyada neftçilər ZAMİNSİZ olaraq 30.000 manatadək nağd pul kreditini heç bir komissiya və sığorta haqqı ödəmədən sərfəli şərtlərlə əldə edəcəklər.

Kredit əldə etmək istəyən neftçilər “Expressbank”ın istənilən filialına yaxınlaşa və ya SİFARİŞ linkinə keçid edərək, “Express24” mobil tətbiqindən, 050 444 41 32 “WhatsApp” nömrəsindən, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya bankın rəsmi saytından krediti banka yaxınlaşmadan sifariş edə bilərlər.

Bank məhsulları və xidmətləri barədə ətraflı məlumatı bankın rəsmi saytına https://www.expressbank.az daxil olaraq və ya 132 Məlumat mərkəzinə zəng edərək əldə edə bilərsiniz.

Share: