Bəstəkarlar İttifaqının 90 illik yubileyində müəllifi olduğum romanslarımın səslənməsinə görə, yaradıcılığıma daima diqqət göstərən, dünyanın sülh artisti Firəngiz Əlizadəyə minnətdaram.
Onu da qeyd edim ki, bu konsertdə gənc ifaçılarla əməkdaşlığım dəstək xarakter daşıdı. Hər zaman yaşıdım olan və yaşca kiçik olan gənclərə dəstək olmağı özümə borc bilirəm.
Bu çətin və şərəfli yolda cəmiyyətimizin ziyalı böyüklərindən mən də özümə qarşı hər zaman diqqət gördüm və görməkdə davam edirəm. Qiymətləndirilmək gözəl duyğudur. Xoş dinləmələr.
Bu sözləri saytımıza açıqlamasında Aysel Kərim bildirib.
DOĞRU.AZ