“Eyvazov Ağrı ve kök hüceyrə mərkəzi” ilə Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
“Qafqazinfo” xəbər verir ki, müqaviləni “Eyvazov Ağrı ve kök hüceyrə mərkəzi”nin rəhbəri, tibb elmləri namizədi Vüsal Eyvazov ve Azərbaycan Cüdo Federasiyasının Baş katibi Rəşad Rəsullu imzalayıblar.
Müqaviləyə əsasən, bu gündən “Eyvazov Ağrı ve kök hüceyrə mərkəzi”i Azerbaycan cüdoçularının sağlamlığının keşiyində yaxından iştirak edəcək.
Son zamanlar aparıcı dünya ölkələrində zədələrin əməliyyatsız aradan qaldırılması, atletlərin məşq sonrası bərpası və reabilitasiyası, idmançıların əzələlərinin zədələrə qarşı müqavimətinin artırılması ve peşəkar idmanda sağlamlığın təminatında müasir yanaşmaları ve kök hüceyrələrin tətbiqi geniş vüsət alıb.
Azərbaycanda ilk dəfə olaraq kök hüceyrə və sanokin müalicəsini tətbiq edən “Eyvazov Ağrı ve kök hüceyrə mərkəzi” bu gündən bütün bu prosedurları Azərbaycanda ilk dəfə olaraq Cüdo Federasiyasının atletlərinə də tətbiq edəcək.
Azərbaycan Cüdo Federasiyası son illər yenilikçi yanaşması və müasirliyi ilə fərqlənən idman qurumu olaraq idmançıların sağlamlığı istiqamətində daha bir ilkə imza atıb. Vətənimizi olimpiya oyunlarında, Dünya və Avropa cempionatlarında təmsil edən milli komamdalarımızın üzvlərinin sağlamlının və reabilitasiyasının, həmçinin məşqlərdən və yarışlardan sonra xüsusi texnologiyalarla əzələlərin tam bərpasının ən qısa müddətdə mərkəz tərəfindən təmin olunması tədbirləri həyata keçiriləcək.
Müqaviləyə əsasən “Eyvazov Ağrı ve kök hüceyrə mərkəzi”i tərəfindən ən son profilaftik texnologiyalar, müalicə və reabilitasiya üsulları cüdoçularımızın sağlamlığına və fiziki göstəricilərinin artırılmasına böyük dəstək verecəkdir.
Xatırladaq ki, “Eyvazov Ağrı və kök hüceyrə mərkəzi” 2017-ci ildən fəaliyyət göstərir. Mərkəzin rəhbəri tibb elmləri namizədi, doktor Vüsal Eyvazov Ümumdünya Ağrı İnstitutu tərəfindən təsdiq edilmiş beynəlxalq FİPP sertifikatına sahib ilk azərbaycanlı alqoloqdur.