Fələstində bir ailənin I Cahan savaşı dövründən bəri qoruduğu Osmanlı türk pulları tapılıb.
Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərə görə, uzaq 1915-ci ildə Fələstində ingilislərlə savaşan bir türk əsgəri Rüşdi Əfəndi adlı sahibkardan o dövr üçün böyük məbləğ olan 14 min Osmanlı lirəsini o, savaşdan dönənədək əmanət kimi saxlamağı xahiş edib.
Təəssüf ki, ərəb iş adamı bir daha həmin hərbçini görə bilməyib. Ancaq o pulları xərcləmək əvəzinə Rüşdi Əfəndi əsl müsəlman kimi davranaraq Osmanlı döyüşçünün əmanətini ömrü boyu saxlayıb. Və üstəlik, ölümündən öncə öz övlad və nəvələrinə də sahibini tapanadək bu türk əskinaslarını qorumağı vəsiyyət edib.
Hazırda 103 il öncə Osmanlı əsgərinin fələstinli iş adamına verdiyi 14 min lirə Rüşdi Əfəndinin bacısı oğlu Racib Əl-Əluladadır. O, dayısından qalan əmanəti qaytarmaq üçün həmin türk hərbçisinin qohumlarını axtarır…
Müstəqil.Az