Fələstinlilər ölkənin inzibati mərkəzi Ramallahda ABŞ dövlət katibi Entoni Blinkenin bu gün baş tutacaq səfərinə etiraz nümayişi keçiriblər.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar əllərində Fələstin bayraqları ilə Qəzza zolağında baş verən humanitar fəlakətdə ABŞ-ni günahlandırıblar.
Həmin etiraz aksiyasından fotoları təqdim edirik:
Qeyd edək ki, bu gün ABŞ dövlət katibi Entoni Blinkenin Fələstinin inzibati mərkəzi Ramallaha səfəri gözlənilir.