Fələstinli iş adamından Türkiyəyə DƏSTƏK: 800 min dollarını lirəyə çevirdi

Fələstinli iş adamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışına əməl edərək 800 min dollarını türk lirəsinə çevirib.

Publika.az xəbər verir ki, Anadolu Agentliyinə açıqlama verən Cihad Şamiyyə adlı iş adamı bir fələstinli olaraq Türkiyənin etdiklərinə az da olsa gözəl bir qarşılıq vermək istədiyini deyib.

Türk lirəsini dəstəkləmək məqsədilə bu addımı atdığını deyən iş adamı heç də peşiman olmadığını bildirib: “Bir insanın vətəninin olması əvəzolumaz faktdır. Dollarla bir vətən inşa edilməz. Vətən həqiqətən çox qiymətlidir. Əgər vətənə zərər dəysə, əldəki malın, dolların nə faydası var?”

Şamiyyə Türkiyənin çox gözəl bir ölkə olduğunu vurğulayıb: “Sizin çox güclü lideriniz var. Bütün xalqlar sizinki kimi bir prezidentinin olmasını istəyər. Türkiyə heç bir şərtsiz fələstinliləri qəbul etdi. Türk xalqından ancaq sevgi və dəstək gördüm. Hər kəs Türkiyənin yanında olmalıdır. Allah Rəcəb Tayyib Ərdoğanı və bütün böyüklərimizi qorusun”.

Share: