Fələstinli yeniyetmələr İsrail dronunu sapandla vurdu…- FOTO + VİDEO


Qəzza zolağında İsrailin işğalına etiraz edən fələstinlilər işğalçı rejimin pilotsuz uçağını vurmağa müvəffəq olublar.
Moderator.az yazır ki, bu haqda “Əl-Masdar” xəbər verir. “Qayıdış yürüşü” ndə iştirak edən, amma heç bir odlu silahı olmayan müsəlman gənclər  daş və quşatanlar vasitəsilə dronu zərərsizləşdirməyə çalışıblar.  Nəhayət, cihaz sapandın köməyi ilə vurularaq yerə salınıb.
İsrail əsgərləri fələstinlilərə güllə və bibər qazı ilə cavab veriblər.
Qeyd edilir ki, son bir həftə ərzindəki etirazlar zamanı İsrail hərbçiləri, ən azı, 4 fələstinlini öldürmüş və təxminən 950 insanı yaralamışlar.
P.S. 70 ildir ki,  yoxsul, texnoloji cəhətdən geridə qalmış Fələstin xalqı dünyanın əksər super güclərinin dəstəklədiyi, ən müasir silahlara malik İsrailin təcavüzünə qarşı  mübarizəsini bir  gün də səngitmir. 7-dən 70-ə, qadından kişiyə – hər biri əllərinə keçənlə, daşla-kəsəklə dişləri-dırnaqlarıyla torpaqları uğrunda mübarizəni davam etdirirlər. Biz isə əlimizdə müasir artilleriya, raket,  qırıcılar, arxamızda neft-qaz milyardları ola-ola 26 ildir elə “vur-vurum” deyirik…

Share: