UEFA Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Fənərbaxça” ilə “Maribor” klubları qarşılaşıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, matçda iki komandanın azarkeşləri arasında dava düşüb.
UEFA rəsmilərinin tələbi ilə “Fənərbaxça” azarkeşləri tribunaları tərk edib. Bu zamanı Sloveniya polisi azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Davadan sonra isə matç dayandırılıb.
Sözügedən görüntüləri təqdim edirik: