73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, VHP sədrinin birinci müavini Fəzail İbrahimli təşviqat kampaniyası çərçivəsində Masallı rayonunun Şərəfə kəndində seçicilərlə görüş keçirib.
Seçicilər qarşısında çıxış edən F.İbrahimli son illər Azərbaycanın əldə etdiyi uğurlar, Zəfər savaşı ilə ərazi bütövlüyümüzün bərpası, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı quruculuq işlərindən və həm
diplomatic, həm də iqtisadi sahədə yeni yüksəliş dövrü haqqında düşüncələrini bölüşüb. Səmimi şəraitdə keçən görüşdə Fəzail İbrahimli son 4 ildəki parlament fəaliyyəti və millət vəkili seçiləcəyi halda yenə də seçicilərin yanında olacağını, problemlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına müraciət edəcəyi, Masallının gələcəyi, daha da abadlaşdırılması yolunda səylərini artıracağını vurğulayıb.
Tədbirin sonunda F.İbrahimli seçicilərin suallarını cavablandırıb, qaldırılan problemlərə münasibət bildirib.