Amerikanın F-16 qırıcıları üçüncü ölkələrin aerodromlarından Rusiya silahlı qüvvələrinə qarşı istifadə olunarsa, onlar Rusiya üçün qanuni hədəfə çevriləcək.
xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Tver vilayətində hərbi pilotlarla söhbəti zamanı deyib.
“Təbii ki, onlar üçüncü ölkələrin aerodromlarından istifadə edilərsə, harada yerləşməsindən asılı olmayaraq bizim üçün qanuni hədəfə çevriləcəklər”, – Kremlin rəhbəri vurğulayıb.
Putin həmçinin bildirib ki, F-16-ların Ukraynaya mümkün tədarükü döyüş meydanındakı vəziyyəti dəyişməyəcək.