Bakıdakı fabriklərdən birində toyuq və toyuq məhsulları oğurlanıb
Müstəqil.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.
Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 13-də Hövsan qəsəbəsi ərazisindəki fabriklərin birindən 170.000 manat dəyərində toyuq və toyuq məhsulları oğurlamaqda sübhəli bilinənlər – Binə qəsəbə sakinləri E.Ağayev, H.Qasımov, M.Seyidov və S.Hüseynov saxlanılıblar. (modern.az)