“Facebook” fərdi məlumatları oğurlayan 400 tətbiq aşkar edib

“Facebook” fərdi məlumatları oğurlayan 400 tətbiq aşkar edib

“Facebook”un sahibi olan “Meta” şirkətinin təhlükəsizlik mütəxəssisləri sosial media məlumatlarını oğurlamaq üçün nəzərdə tutulmuş 400 Android və iOS tətbiqinin aşkarlanması barədə istifadəçiləri xəbərdar ediblər.

Məsələ ondadır ki, aşkar edilmiş bütün proqramlar yalnız “Facebook” hesabı  vasitəsilə avtorizasiya təklif edir, bundan sonra istifadəçinin şəxsi məlumatlarını oğurlayırlar.

Tətbiqlər əsasən foto redaktoru kimi maskalanır (46%), həmçinin bəzi hallarda özlərini həyat tərzi cəmiyyətləri kimi də təqdim edirlər.

Tətbiqlərin zərərli nüsxələri çoxlu saxta müsbət rəylərə sahibdir.

“Meta” təxminən 1 milyon istifadəçinin bu proqramlardan əziyyət çəkə biləcəyini təxmin edib.

Share: