“Facebook” şirkəti istifadəçilərin yerləşdirdikləri qısa videolarda reklamlardan pul qazanmağı təmin etməyi planlaşdırır.
Müstəqil.az xəbər verir ki, bu barədə şirkətin meneceri Yoav Arnşteyn açıqlamasında bildirib.
O qeyd edib ki, yaxın həftələrdə bununla bağlı sınaqlara başlanacaq.
Bir dəqiqəlik videoda 30 saniyə, 3 dəqiqəlik videoda isə 45 saniyəlik reklam yerləşdirmək mümkün olacaq.
Eyni zamanda şirkət reklamın məzmununa mane olmayacağını vurğulayıb.
Arnşteyn əlavə edib ki, 18 yaş senzi qüvvədə qalmaq şərti ilə reklam yerləşdiriləcək video şəxsi profilindən deyil, qeydiyyatdan keçmiş səhifədən yayımlanmalıdır.(Modern.az)