Şair – publisist, AXDG QSC XDND-nin gəmi kapitanı, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin idarə heyətinin sədri Faiq Balabəyli Orta Asiyanın Xalq diplomatiyasının Elitar İttifaqının və Orta Asiya xalqlarının ədəbiyyat və tarix təşkilatı olan “Yanqi Ovoz” Mərkəzi Asiya Yazıçılar və Tarixçilər Birliyi tərəfindən “Turan birimdiqi” medalı ilə təltif olunub.
Müstəqil.Az xəbər verir ki, bu günlərdə Bakıda olan Qırğızıstan Milli yazarlar İttifaqının Beynəlxalq məsələlər üzrə katibi Joldaşbek Monoldorov mükafatı təqdim edib və bildirib ki, mükafat F. Balabəylinin genişmiqyaslı yaradıcılığına və 1990-cı ilin 20 yanvar hadisələri zamanı Azərbaycan dənizçilərinin müsilsiz şücaətini dolğun şəkildə qələmə aldığı “Bakı buxtası-20 yanvar” kitabına görə təqdim edilir.
Qeyd edək ki, mükafat Mərkəzi Asiyanın “Amir Teymur” beynəlxalq xeyriyyə fonduna aiddir.
Müstəqil.Az