“Ukrayna faktiki olaraq NATO-nun üzvüdür”.
“Qafqazinfo” xəbər verir ki, bunu BBC-yə müsahibəsi zamanı Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.
“Ukrayna NATO-nun de-yure deyil, de-fakto üzvüdür. Çünki Qərb ölkələri bizə silahlar verir və ondan necə istifadə etməyi bilirik. Əminəm ki, yaxın gələcəkdə biz de-yure olaraq da NATO-ya üzv olacağıq”, – deyə Reznikov bildirib.
O qeyd edib ki, ruslar Ukraynada NATO ilə vuruşduqlarını iddia edir:
“Çünki qərb baş verənləri işğalçılıq müharibəsi adlandıraraq bizi silahla təchiz edib”.