Bu gün Azərbaycanın sabiq vergilər naziri Fazil Məmmədovun vəfatından 40 gün ötür.
“Qafqazinfo” xəbər verir ki, Fazil Әsәd oğlu Mәmmәdov 28 mart 1964-cü ildә Şamaxı rayonunda məmur ailəsində anadan olub.
1980-ci ildə Şamaxı rayonu C. Cəbrayılbəyli adına 5 nömrəli orta məktəbi nümunəvi davranış və əla qiymətlərlə bitirib. 1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutundan “Maliyyә və kredit” ixtisası üzrə məzun olub.
1985-1987-ci illərdə Ukraynada hərbi xidmətdə olub. Hərbi xidmət keçdiyi dövrdə “Hərbi xidmətdə fərqlənməyə görə” döş nişanı ilə təltif olunub.
Çernobıl faciəsi veteranıdır. 1986-cı ildə Kiyev yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında könüllü olaraq iştirak edib. Burada vacib dövlət tapşırıqlarının yerinə yetirilməsində göstərdiyi yüksək şücaət və fədakarlığa görə Ukrayna Çernobıl Birliyi tərəfindən “Çernobıl Xaçı: Cəsarətli, Şərəfli, Humanist” ordeni ilə təltif olunub.
1987-1989-cu illәrdә Gәncәdә Sәnaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri vә Bakı Sәnaye – Tikinti Bankının Әmәliyyat İdarәsindә iqtisadçı vәzifәlәrindә çalışıb. 1989-cu ildәn 1993-cü ilә qәdәr Maliyyә-Kredit texnikumunda müәllim, kafedra müdiri işlәyib.
1993-cü ildә “Ünsal” Kommersiya Bankı İdarә Heyәtinin sәdri seçilib. 1994-cü ildә Aqrar Sәnaye Bankının Şәmkir şöbәsinin müdiri vəzifəsində çalışıb. 1995-1999-cu illәrdә Dövlәt Gömrük Komitәsinin Maliyyә – Tarif vә Valyuta Nәzarәti Baş İdarәsi rәisinin müavini vә rәisi, hәmin sahә üzrә Gömrük Komitәsi sәdrinin müavini vәzifәsindә çalışıb.
1999-cu il iyun ayının 20-dә Azәrbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fәrmanı ilә Baş Dövlәt Vergi Müfәttişliyinin rәisi tәyin edilib. 2000-ci il fevral ayının 11-dә Azәrbaycan Prezidenti Heydər Əliyevin fәrmanı ilә Vergilәr Nazirliyi yaradılıb və Fazil Əsəd oğlu Məmmədov Azərbaycan Respublikasının ilk vergilər naziri tәyin edilib. 5 dekabr 2017-ci il tarixinə qədər bu vəzifəni icra edib.
2015-ci il fevral ayının 9-da Azәrbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.
2015-ci il iyun ayının 29-da Prezident İlham Əliyev tərəfindən I Avropa Oyunlarında qazanılan yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə “Şöhrət ordeni” ilə təltif olunub.
2016-cı il yanvar ayının 15-də polkovnik hərbi rütbəsi alıb. 2007–2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının, 2011-2021-ci illərdə Azərbaycan Velosiped İdmanı Federasiyasının, 2001-2015-ci illərdə isə Azərbaycan Otüstü Hokkey Federasiyasının prezidenti olub.
Ailəlidir, 3 övladı var.
Fazil Məmmədov 2022-ci il noyabr ayının 4-də Türkiyədə müalicə aldığı xəstəxanada böyrək çatışmazlığından vəfat edib.
Azərbaycan dövlətinin etibar etdiyi bütün vəzifələrdə yüksək peşəkarlıq və şərəflə xidmət edib, Şəmkir rayon sakinləri arasında el ağsaqqalı və xeyriyyəçi kimi böyük nüfuz qazanıb.
Təltifləri
2005-ci il noyabr ayının 18-də AHİK İcraiyyə Komitəsi tərəfindən Həmkarlar İttifaqı hərəkatında xidmətinə görə “Yubiley medalı” ilə təltif olunub.
2006-cı il yanvar ayının 30-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı ilə təltif edilib.
2008-ci il iyun ayının 30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən “Azərbaycan Polisinin 90 illiyi” yubiley medalına layiq görülüb.
2008-ci il sentyabr ayının 26-da Azərbaycan Respublikası Prokurorluğu tərəfindən “Azərbaycan Respublikası Prokurorluğunun 90 illiyi” yubiley xatirə medalı ilə təltif olunub.
2008-ci il noyabr ayının 20-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Azərbaycan Ədliyyəsinin 90 İlliyi Xatirə Medalı” ilə təltif edilib.
2009-cu il mart ayının 26-da Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalı ilə təltif olunub.
2009-cu il avqust ayının 17-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” yubiley medalı ilə təltif olunub.
2009-cu il sentyabr ayının 20-də SOCAR tərəfindən Azərbaycan Respublikasında neft-qaz sənayesinin inkişafında xidmətlərinə görə “Əsrin Kontraktı – 15 il” xatirə medalı ilə təltif olunub.
2010-cu il fevral ayının 11-də Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” yubiley medalı ilə təltif edilib.
2012-ci il yanvar ayının 26-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)” yubiley medalına layiq görülüb.
2013-cü il fevral ayının 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “AHİK-20 il” yubiley döş nişanı ilə təltif olunub.
2013-cü il iyun ayının 25-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən “Azərbaycan Polisinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə təltif olunub.
2014-cü il mart ayının 14-də Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” yubiley medalı ilə təltif edilib.
2017-ci il yanvar ayının 12-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” yubiley medalı ilə təltif olunub.
2017-ci il mart ayının 17-də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” yubiley medalına layiq görülüb.
2002-ci il sentyabr ayının 6-da Ukrayna Dövlət Vergi Administrasiyası tərəfindən 4-cü dərəcəli “Qızıl Qılınclı Müqəddəs Qalib Qeorqiy” ordeni ilə təltif edilib.
2003-cü il noyabr ayının 1-də Ukrayna Dövlət Vergi Administrasiyası tərəfindən “Ukrayna DPA-nın Fəxri Adı” döş nişanı ilə təltif olunub.
2005-ci il yanvar ayının 26-da Ukrayna Çernobıl Birliyi tərəfindən VQO seriyalı “Çernobıl Xaçı: “Cəsarətli, Şərəfli, Humanist” ordeni ilə təltif olunub.
2008-ci il noyabr ayının 13-də Ukrayna Dövlət Vergi Administrasiyası tərəfindən “Vergi orqanlarına köməyinə görə” döş nişanı ilə təltif edilib.
2008-ci ildə Beynəlxalq Güləş Federasiyası tərəfindən dünya güləş növlərinin inkişafı istiqamətində göstərdiyi xidmətlərinə görə təltif olunub.
2010-cu il aprel ayının 12-də Rusiya Federasiyasının İctimai Mükafatlar Komitəsi tərəfindən “65 illik Zəfər Ordeni” ilə təltif olunub.
2016-cı il sentyabr ayının 20-də MDB ölkələrində vergi xidmətlərinin möhkəmlənməsi və inkişafı istiqamətlərində göstərdiyi xidmətlərə görə MDB ölkələrinin İcraçı Komitəsi tərəfindən “Fəxri Fərman” ilə təltif edilib.
2016-cı il oktyabr ayının 7-də Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsi tərəfindən “Gəlirlər Komitəsinin yubiley medalı”na layiq görülüb.
Bakı Nobel İrsi Fondu tərəfindən medalla təltif olunub.