İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinand və həyat yoldaşı Keyt Ferdinand doğulmamış övladlarını itiriblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Keyt öz sosial şəbəkə hesablarında paylaşım edib.
“12 həftəlik hamiləlikdən sonra müayinədə körpəmizin ürək döyüntüləri yox idi və əməliyyat edilməli oldum. Ailənin tezliklə böyüməsi üçün planlar quruduq, amma indi ürəyimiz sındı. Dəstəyinizə görə hamınıza təşəkkür edirəm” – Keyt qeyd edib.
Qeyd edək ki, Ferdinand 2002-2014-cü illərdə “qırmızı şeytanlar”da oynayıb. 43 yaşlı keçmiş mərkəz müdafiəçisi 1997-2011-ci illərdə İngiltərə millisini formasını geyinib.