Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi də başa çatdırılıb.
Nazirlikdən -ya verilən xəbərə görə, bundan əvvəl – fevralın 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, fevralın 15-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin fevral ayının pensiyaları ödənilib.
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.