FHN-in Sumqayıt Regional Mərkəzinin əməkdaşı, polkovnik-leytenant Babayev Bəxtiyar Mehman oğlunun kirayədə qaldığı mənzili naməlum şəxs və ya şəxslər tərəfindən qarət olunub.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə Sumqayıt şəhəri, 5-ci məhəllə ev 17/30, mənzil 13-də qeydə alınıb.
Mənzildən 3 500 ABŞ dolları, iki qızıl üzük, bir saat və bir boyunbağı aparılıb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.