Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dünən Enter.News saytında yayımlanan ” ”Çalışın təzə maşın alın. Heç bakirə qızla dul arvad eyni ola bilərmi?” – FHN-nin hərbi hissələrində paylanılan kitab biabırçılığı” adlı xəbərdə adı keçən müəlliflə bağlı sərt qərar verib.
Belə ki, müzakirələrə səbəb olan kitabın müəllifi polkovnik-leytenant Əbülfəz Kazımovu işdən çıxarıb.
Nazir baş verənlərə təcili münasibət göstərərək kitabında intim məsələlərə yer ayıran məmuru vəzifəsindən azad edib. Sözügedən kitabın FHN-in Mülki Müdafiə Qoşunlarının hərbi hissələrinə necə yol tapması ilə bağlı araşdırmalar aparılıb.