Beynəlxalq Futbol Federasiyası (FİFA) Luis Rubialesi müvəqqəti olaraq İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəhbərliyindən uzaqlaşdırıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu qərarı avqustun 26-da qurumun intizam komitəsi qəbul edib.
“FİFA İntizam Komitəsinin sədri Xorxe İvan Palasio bu gün Luis Rubialesin milli və beynəlxalq səviyyədə futbolla bağlı bütün fəaliyyətlərini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib”, – qərarda qeyd olunub.
Məhdudiyyətlərin 90 gün müddətində qüvvədə olacağı dəqiqləşib. Cəza Rubialesin qadınlar arasında dünya çempionatının yekunlarına görə mükafatlandırma mərasimi zamanı komandasının təmsilçisini öpməsinə görə verilib.