“Qalatasaray” yay transfer pəncərəsi zamanı heyətinə yeni oyunçu cəlb etməyə bilər.
FIFA İstanbul klubuna transfer qadağası qoyub. Buna “sarı-qırmızılılar”ın sabiq futbolçusu Sofyan Fequliyə ödənişləri etməməsi səbəb olub. Əlcəzairli oyunçu bu səbəbdən FIFA-ya üz-tutub. Ali futbol qurumu “Qalatasaray”ın Fequlinin maaşı, bonuslar və mükafatlar olmaqla 1,6 milyon avro ödəməsinə qərar verib.
Əgər ödənişlər edilməsə, klub yayda oyunçu transfer edə bilməyəcək.
Mənbə: “Sabah”