Beynəlxalq Futbol Federasiyası (FIFA) dekabrın 2-də Qana ilə qrup mərhələsinin sonuncu oyunundan sonra hakimə hücum edən uruqvaylı futbolçular Xose Mariya Ximenez, Dieqo Qodin, Fernando Muslera və Edinson Kavaniyə qarşı intizam araşdırmasına başlayıb.
Uruqvay Qanaya 2:0 hesabı ilə qalib gəlib. Bununla belə, almaniyalı hakim Daniel Sibertin rəqiblərinin qapısına penalti təyin etməməsi uruqvaylı futbolçuları qəzəbləndirib. Belə ki, daha bir qol Uruqvaya Cənubi Koreyanın əvəzinə mundialın 1/8 finalına çıxmağa imkan verəcəkdi.
Final fitindən sonra ehtiyat oyunçular skamyasında oturanlar hakimə hücum ediblər. O, matçın ilk yarısında Darvin Nunesə, son dəqiqələrdə isə Kavaniyə qarşı sərt mübarizəyə görə penalti təyin etməməyə qərar verib. Bundan sonra Luis Suares FİFA-nın “Uruqvaya qarşı” olduğunu bildirib.
FİFA həmçinin Uruqvay Futbol Assosiasiyasına (AUF) qarşı ədalətli oyun (fair-pley) qaydalarının mümkün pozuntuları ilə bağlı iş qaldırıb.
Mənbə: mk.ru