Səudiyyə Ərəbistanında keçirilən İspaniya Superkubokunda sonuncu finalçı müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, yarımfinal mərhələsinin son matçında “Barselona” “Betis”lə üz-üzə gəlib.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə hissələr oynanılıb.
Burada da komandalar hərəyə bir dəfə fərqləniblər. Hesab 2:2 olduğuna görə qalib penaltilər seriyasında müəyyənləşib.
Kataloniya təmsilçisi penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək finala yüksəlib.
Qeyd edək ki, “Barselona” yanvarın 15-də finalda “Real”la qarşılaşacaq.
12 yanvar
“Betis” – “Barselona” – 2:2 (penaltilər seriyası – 2:4)
Qollar: Levandovski, 40 (0:1), Fekir, 77 (1:1), Fati, 93 (1:2), Moron, 101 (2:2)