Finlandiya baş nazirinin narkotik testinin nəticələri məlum oldu

Finlandiya baş nazirinin narkotik testinin nəticələri məlum oldu

Finlandiyanın baş naziri Sanna Marinin qalmaqal fonunda verdiyi narkotik testi mənfi nəticə verib.

Nəticələri Finlandiya hökumətinin mətbuat xidməti açıqlayıb.

Xidmətin məlumatına görə, baş nazir narkotik testinin xərcini öz vəsaiti hesabına ödəyib.

Qeyd edək ki, mediada baş nazir və dostlarının iştirakı ilə əyləncə məclisindən yayılan görüntülər Finlandiya ictimaiyyətində ciddi narazılığa səbəb olub. Hökumət başçısının narkotik maddələrin təsiri altında olduğu ehtimal edilib.

Mənbə: lenta.ru

Share: