Səlahiyyət müddəti fevralın sonunda başa çatan Finlandiya prezidenti Sauli Niinistö ikili vətəndaşlığı tanımayan ölkələrin vətəndaşlarına Finlandiya pasportunun verilməsinə qarşı çıxıb.
-nın məlumatına görə, o, bu barədə Suomi radiosunda ənənəvi “Prezident sualları və cavabları saatı”nda bildirib.
Rusiya bir insanın başqa vətəndaşlığa malik olduğunu tanımır və onu müstəsna və yalnız öz vətəndaşı hesab edir.
“2013-cü ildə bu məsələ (ikili vətəndaşlıq) ilə bağlı çoxlu müzakirələr oldu, bəli, o vaxt da mən təklif etmişdim ki, qarşılıqlı münasibətə keçək, yəni yalnız finlərin ikili vətəndaşlığını qarşılıqlı şəkildə tanıyan ölkələrin vətəndaşlarına vətəndaşlıq verilsin. Rusiya ikili vətəndaşlığı tanımır”, – Niinistö bildirib.
Bu həftənin əvvəlində keçirilən debat zamanı ölkədə prezidentliyə namizədlərin demək olar ki, hamısı bu ehtimalla razılaşıb. Prezident seçkiləri yanvarın 28-də keçiriləcək.